Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Çində dünyanın ilk süni intellekt xəstəxanası açılıb!


Çində açılan dünyanın ilk süni intellekt xəstəxanası, tamamilə süni intellekt həkimləri tərəfindən idarə olunur və gündəlik 3 min xəstəyə xidmət göstərir.

Pekindəki Tsinghua Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış bu xəstəxana”Agent Hospital” olaraq adlanır. Xəstəxana 6 aylıq intensiv tədqiqat və inkişafdan sonra istifadəyə hazır hala gəlib. Tədqiqat qrupunun rəhbəri Liu Yang, bu süni intellekt xəstəxanasının həm səhiyyə işçiləri, həm də geniş ictimaiyyət üçün böyük faydalar təmin edəcəyini bildirir. Liu-nun sözlərinə görə, süni intellekt həkimləri sayəsində səhiyyə daha sürətli, effektiv və əlçatan olacaq. Bəs bu süni intellektli həkimlər nə edə bilər?

Belə ki, bu həkimlər ABŞ Tibbi Lisenziyalaşdırma İmtahanı suallarına əsaslanan MedQA erilənlər bazasında sınaqda 93.06% müvəffəqiyyət dərəcəsi əldə ediblər. Deməli, onlar əsl həkimlərdən demək olar ki, fərqlənmirlər.

technote.az

Faydalı linklər