01/06/2024
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu ED 1.04 dissertasiya şurasınının 1211.01-Diferensial tənliklər ixtisasında elmi seminarının 31 may 2024-cü il tarixli iclasında Həcər Füzuli qızı Mövsümovanın “Operator əmsallı bəzi diferensial tənliklərin izlərinin tədqiqi” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir.
İclası “Diferensial tənliklər” ixtisası üzrə seminarın rəhbəri AMEA-nın həqiqi üzvü, professor Yusif Məmmədov açaraq sözü iddiaçı Həcər Füzuli qızı Mövsümovaya vermişdir. İddiaçı dissertasiyanın mövzusunun aktuallığı, işdə alınan əsas nəticələr haqqında məlumat vermişdir.
Rəyçilər riyaziyyat elmləri doktoru, dosent Azad Bayramov və fizika-riyaziyyat elmləri namizədi, dosent Elçin Məmmədovun təqdim etdikləri rəylər müsbətdir.
Sonda sədr və seminar üzvləri iş haqqında öz müsbət fikirlərini bildirdilər, iddiaçıya uğurlar arzuladılar və iddiaçının fəlsəfə doktoru dissertasiya işinin növbəti mərhələyə buraxılması məqsədəuyğun hesab edildi.
Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.