07/06/2024
Almaniyanın Voodin Blade Technology şirkəti, dünyada ilk taxta qanadlı külək turbinini quraşdırdığını açıqlayıb.
Alman şirkəti, külək turbini üçün istifadə edilən sintetik materialların tam tullantı materiallardan olacağını düşünür. Təqdim olunan məlumata görə, bu materiallar təkrar emala yararlı deyil və adətən ömrünün sonunda zibilliklərə atılır. Ağaclar təbiətin bizə təqdim etdiyi və ətraf mühitə zərər vermədən təkrar emal edilə bilən möhtəşəm materialdır.
Voodin Blade Technology şirkətinin baş direktoru Tom Siekmann, açıqlamasında “Qanadların çoxu ömrünün sonuna çatdıqda basdırılır və ya yandırılır. Bu sürətlə davam etsək, 2050-ci ilə qədər 50 milyon ton qanad materialı tullantıları ilə qarşılaşacağıq. Bizim həllimizlə biz yaşıl enerjinin həqiqətən mümkün qədər yaşıl olmasını təmin etmək istəyirik” sözlərini söyləyib.Təbiətə daha az zərər verdiyi üçün ağac, həqiqətən daha davamlı bir seçim kimi görünür. Şirkətin məlumatına görə, taxta qanadlı külək turbini, təkcə ekoloji cəhətdən təmiz deyil, həm də kifayət qədər davamlıdır. Voodin-in testlərinə görə, bu bıçaqlar “fiberglass” turbinlərdən daha uzun ömürlüdür və dəniz şəraitində daha yaxşı nəticə göstərə bilir. Külək enerjisi artıq təmiz enerji mənbəyidir, lakin belə yeniliklərlə daha da ekoloji cəhətdən təmiz olur. Ağac əsaslı turbinlərin digər üstünlüyü onların istehsalı və daşınması xərclərinin aşağı olmasıdır. Yerli istehsal imkanları və proseslərin avtomatlaşdırılması sayəsində xərclər daha da ucuzlaşır.
technote.az