Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirakına dair məlumat yer alıb.

Həmçinin Nobel mükafatı laureatı, AMEA-nın Fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin professoru Əziz Səncərin Azərbaycan Milli Elmlər Akademiyasına səfəri və keçirdiyi görüşlərə dair informasiyalar, AMEA-nın Yer Elmləri Bölməsində “Azərkosmos” ASC-nin nümayəndələri ilə görüş, Gəncə Bölməsinin Rəyasət Heyətinin iclası, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi seminar, “AMEA-nın nəşrləri beynəlxalq elmi bazada” sərlövhəli məqalə və yeni nəşrlərlə tanış ola bilərsiniz.

Qəzetin rus və ingilis dili bölməsində icmallar, o cümlədən ötən həftə AMEA-da keçirilən tədbirlərə və son elmi yeniliklərə dair informasiyalar təqdim olunub.

science.gov.az

Faydalı linklər