Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Bu ilin ən yaxşı turizm iqtisadiyyatına malik ölkələr açıqlanıb


2024-cü ilin ən yaxşı turizm iqtisadiyyatına malik ölkələri bəlli olub.Dünya İqtisadi Forumunun hesabatınını verdiyi məlimata görə hazırda ABŞ dünyanın ən güclü səyahət və turizm iqtisadiyyatına malikdir. Siyahının ilk 10-luğunda Avropadan 6 ölkə yer alıb. Qardaş ölkə Türkiyə isə 29-cu yerdədir.

Milli parkları, universitetləri və böyük metropoliyaları sayəsində ABŞ dünyanın ən güclü səyahət və turizm iqtisadiyyatına malik ölkə kimi birinci yerdədir. ABŞ-da 429 milli park və 12 min mildən çox sahil xətti var. ABŞ-dan sonra ilk 10-luğa daxil olan digər ölkələr İspaniya, Yaponiya, Fransa, Avstraliya, Almaniya, Böyük Britaniya, Çin, İtaliya və İsveçrədir.

İndeksdə ölkələrin turizm sektorlarına diqqət yetirilərkən, hava limanları, quru nəqliyyatı, təbii və mədəni sərvətlər, təhlükəsizlik, qiymət rəqabəti və destinasiyaların turizmə açıqlığı kimi amillər də nəzərə alınıb. ABŞ-ın geri qaldığı sahələrə qiymət rəqabəti və təhlükəsizlik daxildir. Qiymət rəqabət qabiliyyətinə görə Malayziya birinci, Sinqapur isə təhlükəsizlik üzrə 29-cu sırada yer alıb.

respublika-news.az

Faydalı linklər