Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Son 12 ayın hər biri qlobal temperatur rekorduna imza atıb


Yer kürəsindəartıq cərəyan edən iqlim böhranınınnəticələri yavaş-yavaş özlərini göstərməyə başlayıblar. Mövcud iqlim böhranının miqyasını anlamaq çox zaman mümkün olmur. Lakin bu mövzuda olan statistik məlumatlar problemə daha geniş nəzərdən baxmağa imkan verirlər. Yeni statistikaya əsasən son 12 ayın hər biri qlobal temperatur rekorduna imza atıb. NASA təsdiqləyib ki, b”u ilin may ayı indiyənə kimi müşahidə edilmiş may ayları arasında ən isti keçmiş may ayı olub. Eyni hal həmçinin bu ilin yanvar, fevral, mart və aprel aylarında da müşahidə edilib.

Müqayisə üçün qeyd etmək lazımdır ki, bundan öncə ortalama qlobal temperatur göstəricisinin maksimumu 2023-cü ilin iyun ayından dekabr ayına kimi müşahidə edilmişdi. Alimlər qeyd ediblər ki, bu cür isti hava şəraitini əhatə edən zaman aralığı indiyənə kimi müşahidə edilmişlər arasında ən isti keçmiş zaman aralığıdır. Bu isə planetdə qlobal istiləşmə prosesinin sürətlə davam etdiyini göstərir. NASA administratoru Bill Nelson-un sözlərinə əsasən aydın məsələdir ki, Yer kürəsi iqlim böhranı ilə qarşılaşıb.

Hal-hazırda temperatur rekordları planetin istənilən nöqtəsində müşahidə edilir. Bu isə çox narahatedici faktdır. Məsələn keçən ilin noyabr ayında planetin ortalama qlobal temperaturu sənaye öncəsi dövr səviyyəsindən 2 dərəcə Selsi daha yüksək olub. Yer kürəsində iqlimin belə sürətlə dəyişməsinə baxmayaraq insanlar hələ də atmosferə külli miqdarda parnik qazlarını ifraz edirlər. NASA-nın iqlim üzrə baş elmi əməkdaşı və məsləhətçisi olan Kate Calvinin sözlərinə əsasən insanlar daha isti keçən günləri, ayları və illəri müşahidə edirlər. Digər tərəfdən bizə məlumdur ki, Yer kürəsində temperatur artımı parnik qazlarının ifrazı ilə əlaqəlidir və bu, planetdəki bütün canlılara təsir göstərir.

technote.az