Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarının neyron şəbəkələr sahəsində uğurları davam edir


Bu ilin yanvar ayında İspaniyanın Jaume universitetinin riyaziyyatçı alimləri Sergio Macario və Juan Font öz arXiv məqalələrində Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları Vüqar İsmayılov və Namiq Quliyevin “On the approximation by single hidden layer feedforward neural networks with fixed weights, Neural Networks, 98 (2018), 296–304” məqaləsində birgə aldıqları nəticəni heyrətamiz nəticə (striking result) adlandırmaqla yanaşı, həmin nəticədən əsaslı şəkildə istifadə etmişlər.

(https://arxiv.org/abs/2401.13008)

Vüqar İsmayılov 2024-cü lin ilk yarımildə 3, ümumilikdə 23 dəfə Neural Networks jurnalının rəyçisi olmuşdur. Bu jurnal dünya, Avropa və Yaponiya neyron şəbəkələr cəmiyyətlərinin rəsmi jurnalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.