Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirildi


Azərbaycan Respublikası Elm və təhsil Nazirliyi Riyaziyyat və Mexanika institutu nəzdində elmlər dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların  müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 21 iyun 2024-cü il tarixli iclasında Cavanşir Vaqif oğlu Əzizovun “Heyzenberq qrupunda təyin olunmuş kəsr maksimal və kəsr inteqral operatorların ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu” mövzusunda 1202.01- Analiz və funksional analiz ixtisasında riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirildi.

Rəsmi opponentlər: professor Heybətqulu Mustafayev, f.-r.e.n., dos. Fuad Abdullayev və f.-r.e.n., dos. Mehralı Əliyev öz müsbət rəylərini səsləndirdilər.

Dissertasiya Şurasının sədri AMEA-nın müxbir üzvü professor Misir Mərdanov və dissertasiya Şurası üzvlərindən AMEA-nın müxbir üzvü professor Bilal Bilalov, professorlar Həmdulla Aslanov, Nazim Kərimov və r.e.d., dos. Rövşən Bəndəliyev çıxış edərək iş haqqında öz müsbət fikirlərini bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər