Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Riyaziyyat və mexanikanın müasir problemləri” adlı XI beynəlxalq Konfransı öz işini yekunlaşdırıb


6 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiy Texnologiyaları İnstitutu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şamaxı Astrofizika Rəsədxanası, Qazaxıstan Respublikası Riyaziyyat və Riyazi Modelləşdirmə İnstitutu, Özbəkistan Respublikası V.İ. Romanovski adına Riyaziyyat İnstitutu, Türkiyə Cümhuriyyəti İstanbul Texniki Universitetinin dəstəyi ilə XIII əsrdə yaşamış dahi Azərbaycan alimi və mütəfəkkiri Nəsirəddin Tusinin xatirəsinə həsr olunmuş “XI Riyaziyyat və Mexanikanın Müasir Problemləri” adlı Beynəlxalq elmi Konfransının bağlanış tədbiri keçirilib.

Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü professor Misir Mərdanov tədbiri giriş nitqi ilə açaraq iştirakçıları salamlamışdır. O, 3 gün ərzində davam edən “XI Riyaziyyat və Mexanikanın Müasir Problemləri” adlı Beynəlxalq elmi konfransın mühüm elmi əhəmiyyətə malik olduğunu bildirib. O, Riyaziyyat və Mexanika İnstitutunda qazanılan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən, bu elm müəssisəsinin ölkəmizin elmi-intellektual potensialının inkişafına verdiyi əvəzsiz töfhələrdən danışıb.

Misir Mərdanov  görkəmli alimi dəqiq və texniki elmlər sahəsində olduqca mühüm əsərlərin müəllifidir, onun tarix, hüquq, fəlsəfə, əxlaq normaları, tibb, riyaziyyat, astronomiya, fizika və digər sahələrdə ərsəyə gətirdiyi əsərlər əhatə etdiyi mövzular və tədqiqatların genişliyi ilə seçilir. Qeyd edib ki, Nəsirəddin Tusinin XIII əsrdə astronomiya elmində əldə etdiyi elmi nəticələr həmin dövrdə astronomik bilikləri inkişaf etdirməklə yanaşı, bu elmin sonrakı inkişafında da mühüm rol oynayıb. Baş direktorun sözlərinə görə, onun rəhbərliyi ilə yaradılmış Marağa rəsədxanası dövrünün ən qabaqcıl elm ocaqlarından biri olub, burada görkəmli alimin rəhbərliyi ilə astronomiya və riyaziyyat sahəsində aparılan tədqiqatların nəticələri sonralar Şərqdə və Avropada geniş tətbiq edilib. Misir Mərdanov vurğulayıb ki, dünyanın əksər tanınmış rəsədxanalarında istifadə olunan cihazların əksəriyyəti məhz Nəsirəddin Tusinin rəhbərliyi ilə Marağa rəsədxanasında hazırlanmış cihazların prototipidir.

Konfransda mexanika astronomiya riyaziyyatın və riyazi təhsilin inkişafı tarixi həm fundamental tədqiqatları, həm də tətbiqi aspektləri ilə məşğul olan müxtəlif ölkələrin alimləri tərəfindən 200-ə yaxın elmi məruzənin dinlənilib Məruzələrdə Azərbaycanın ensiklopedik biliyə malik tarixi şəxsiyyətləri sırasında N.Tusinin xüsusi yerə malik olduğu, dərin fəlsəfi bilik sahibi kimi onun elmdə böyük uğurlara imza atdığı vurğulanıb.

Konfransın işini yüksək qiymətləndirən professor Misir Mərdanov qeyd edib ki, səsləndirilən məruzələrdə diferensial tənliklər və optimal idarəetmə, funksional analiz və operatorlar nəzəriyyəsi, funksiyalar nəzəriyyəsi, harmonik və qeyri-harmonik analiz, cəbr, həndəsə və topologiya, ehtimal nəzəriyyəsi və riyazi statistika və s istiqamətlərdə yeniliklər nəzərə çatdırıldı. Eyni zamanda onların təhsildə, tibbdə, iqtisadiyyatda, proqnozlaşdırma və digər sahələrdə tətbiqi ilə bağlı maraqlı fikirlər səsləndirildi.

Tədbirdə, həmçinin Türkiyənin Uşak Universitetinin rektoru professor Ekrem Savaş, Özbəkistan Milli Universitetinin kafedra müdiri akademik Azimbay Sadullaev, Koç Universitetinin professoru Varqa Kələntərov və digərləri çıxış ediblər. Alimlər konfrans çərçivəsində təqdim olunan məruzələri yüksək qiymətləndirərək riyaziyyat və mexanikanın müxtəlif sahələrində aktual problemləri, gələcək perspektivləri nəzərdən keçirmək üçün müvafiq sahə üzrə alim və mütəxəssisləri bir araya gətirməyə hədəflənən tədbirin təşkilinə görə başda Riyaziyyat və Mexanika İnstitutunun rəhbərliyi olmaqla təşkilatçılara təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, konfransda dünyanın 20-dən artıq ölkəsini – Türkiyə, Qazaxstan, Rusiya, Özbəkistan, ABŞ, Cənubi Afrika Respublikası, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, Çex Respublikası, Fransa, Finlandiya, Hindistan, Pakistan, Gürcüstan və s. təmsil edən tanınmış alimlər iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.