Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Çində dünyanın ən güclü günəş elektrostansiyası inşa ediləcək


Çində dünyanın ən güclü günəş elektrostansiyası inşa ediləcək. Bu barədə məlumatı China Three Gorges Renewables Group şirkəti verib. Şirkət bildirib ki, sözügedən günəş elektrostansiyasının inşasına bu ilin sentyabr ayında start veriləcək. Məlumata əsasən bu günəş elektrostansiyasının inşası 11 milyard dollara başa gələcək və o, Pekin, Tyantszin və Hebei şəhərlərini elektrik enerjisi ilə təmin edəcək.

Bu günəş elektrostansiyası ümumilikdə 8 giqavat elektrik enerjisi istehsal edə biləcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırda Çində yerləşən dünyanın 3 ən böyük günəş elektrostansiyasından hər biri ümumilikdə 3 giqavat elektrik enerjisi istehsal edir. İnşası planlaşdırılan yeni günəş elektrostansiyası Çinin muxtar rayonu olan Daxili Monqolustanda inşa ediləcək. Elektrostansiyanın inşasının sonlanması və istifadəyə verilməsi 2027-ci il üçün planlaşdırılır.

technote.az

Faydalı linklər