Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Planetdə rekord istiliyə sahib ardıcıl 13-cü ay yaşanıb


İqlim böhranı Yer kürəsində hökm sürməyə davam edir. Nəticədə planetin müxtəlif nöqtələrində istilik dalğaları, quraqlıqlar və meşə yanğınları müşahidə edilir. Atlantikadakı qasırğalar sezonu isə bu dəfə daha ekstremal hal alıb. Bizim planet qlobal miqyasda uzumüddətli rekord istilik dövrünü yaşayır. Mütəxəssislər bildiriblər ki, 2024-cü ilin iyun ayı indiyənə kimi müşahidə edilmiş iyun ayları arasında ən istisi olub. Bununla yanaşı bu ilin iyun ayı rekord yüksək temperatura sahib ardıcıl 13-cü ay olub. Beləliklə 2023-cü ilin iyun ayından başlayaraq hər ay tarixdə ən isti ay kimi qeydə alınıb.

Bu isə öz növbəsində qlobal istiləşmə tendensiyasının mövcudluğunu sübut edir. Avropa Birliyinin Copernicus adlı iqlim dəyişikliyi xidmətinin məlumatlarına əsasən bu ilin iyun ayında orta qlobal temperature göstəricisi 16.66 dərəcə Selsi təşkil edib. Bu isə keçən ilin iyun ayındakı orta qlobal temperatur göstəricisindən 0.14 dərəcə Selsi daha yüksəkdir. Alimlər həmçinin narahatdırlar ki, keçən ay müşahidə edilmiş orta temperature göstəricisi 1991-ci ildən 2020-ci ilə kimi müşahidə edilmiş iyun aylarındakı orta temperatur göstəricisindən 0.67 dərəcə Selsi yüksəkdir. Mütəxəssislər belə qənaətə gəliblər ki, planetdəki bu period adi statistik qəribəlikdən daha böyuk bir factor rolunda çıxış edir.

Faktiki olaraq temperatur rekordlarına imza atan period planetin iqlimində gedən böyük və davamlı dəyişiklikləri əks etdirir. Aparılmış yeni müşahidələr həmçinin onu göstəriblər ki, son 12 ay ərzində orta qlobal temperatur göstəricisi 1991-ci ildən 2020-ci ilə kimi olmuş orta qlobal temperatur göstəricisindən 0.76 dərəcə Selsi daha yüksək olub. Mütəxəssislərin sözlərinə əsasən record dərəcədə istilik dalğaları planetin quru sahəsi ilə yanaşı su sahəsinə də təsir göstəriblər. Məlumata əsasən keçən ay dəniz səthinin orta qlobal temperatur göstəricisi 20.85 dərəcə Selsi təşkil edib. Yəni dəniz səthindəki temperatur göstəricisi 15-ci aydır ki, ən yüksək göstəricisini əks etdirir .

technote.az

Faydalı linklər