Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Beynəlxalq konfransın iştirakçıları Riyaziyyat və Mexanika İnstitutunda müsahibə veriblər


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə 3-6 iyul 2024-cü il tarixlərində XIII əsrdə yaşamış dahi Azərbaycan alimi və mütəfəkkiri Nəsirəddin Tusinin xatirəsinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” adlı XI beynəlxalq elmi konfransda iştirak edən qonaqlardan müsahibələr alınıb.

Türkiyənin Uşak Universitetinin rektoru professor Dr. Ekrem Savaş,Mersin Universitetinin Riyaziyyat departamentinin müdiri Fəxrəddin Abdullayev beynəlxalq konfrans haqqında məlumat veriblər. Bununla yanaşı, Türkiyə, Pakistan, Cənubi Afrika , elm adamlarından da müsahibələr götürülüb.

Müsahibələrlə buradan tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər