Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

NATO, interneti sualtından peyklərə yönləndirəcək!


Bloomberg, NATO-nun (Şimali Atlantika Müqaviləsi Təşkilatı) rabitə sistemləri üçün mümkün hücumlara qarşı sistem qurmağı planlaşdırdığını açıqlayıb. Bu sistem, internet məlumat axınını və trafiki su altından peyklərə yönəldəcək.
Bir çox insanlar internet rabitəsinin əsasən peyklər vasitəsilə həyata keçirildiyini düşünür, amma bu, tam doğru deyil. Belə ki, bunun böyük hissəsi bütün dünyada suyun altında yerləşdirilən kabellər vasitəsilə həyata keçirilir. Başqa sözlə desək, qitələrarası internet məlumat axınının demək olar ki, hamısı peyklər vasitəsilə deyil, bu kabellər vasitəsilə təmin edilir. Planın məqsədi, mümkün təhlükələr zamanı bu internet axınını sualtı kabellər vasitəsilə peyklərə yönəltməkdir. ABŞ, İslandiya və İsveç kimi yerlərdən olan tədqiqatçılar, NATO ilə internet məlumatlarını və trafiki avtomatik olaraq peyklərə göndərəcək bir sistem üzərində işləməyə başlayıblar.

Qeyd edək ki, hələlik NATO-nun layihə ilə bağlı rəsmi açıqlaması yoxdur. Onun büdcəsinin 2.5 milyard dollara çata biləcəyi bildirilir. NATO-nun məsləhətçisi Eyüp Kuntay Durmuş, Bloomberg-ə elektron poçt vasitəsilə layihənin bu yaxınlarda təsdiqləndiyini və tezliklə başlayacağını bildirib. Əlavə olaraq, layihənin qısamüddətli layihə olmayacağı da bildirilib. Bloomberg-in əldə etdiyi sənədlərə görə, tam işlək sistem yaratmazdan əvvəl prototip və sınaq prosesinə 2 il sərf olunacaq. Deməli, onun reallığa çevrilməsi çox vaxt aparacaq.

technote.az

Faydalı linklər