18/07/2024
2024-cü ilin I yarısında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb.
Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib ki, cari ilin birinci yarısında 106 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.
Həmçinin 184 nəfərə fəlsəfə doktoru, 38 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 98 nəfərə, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 8 nəfərə isə imtina cavabı gəlib.
azertag.az