Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Süni intellekt – insan beyninə texnoloji rəqib


Süni intellekt ifadəsi ilk dəfə 1956-cı ildə Con Makkarti tərəfindən istifadə olunub. O, bu ifadəni işlədərkən süni intellekti “maşınları intellektual etmək elmi və mühəndisliyi” adlandırıb.

Süni intellektin müxtəlif növləri ilə bağlı yanaşma Miçiqan Dövlət Universitetinin İnteqrativ Biologiya və Kompüter Elmləri və Mühəndisliyi üzrə dosent Arend Hintzeyə məxsusdur. O, süni intellektin 4 növünü fərqləndirir: reaktiv maşınlar (deep blue), məhdud yaddaş (sürücüsüz maşınlar), zəka nəzəriyyəsi, özünüdərketmə.

Ölkəmizdə süni intellekt istifadəçilərinin sayı artır. Tələbələr yazılarında botdan istifadə edirlər. İş yerlərində təqdim edilən yazılar, araşdırmalar bir çoxu ChatGpt botu ilə edilir.

2-ci Qlobal Forumda da süni intellektin inkişafı məsələsi müzakirə edilib. Prezident İlham Əliyev bu barədə deyib: “Vaxtaşırı rəsmi məlumatlar, Azərbaycanın səlahiyyətli qurumlarının rəsmi məlumatları onu göstərir ki, mənim adımdan fərqli biznes layihələrinin elan olunması haqqında məlumatlar daxil olur və bunların heç birinin nə mənə, nə də Azərbaycana aidiyyəti yoxdur. Təəssüf ki, bəzi insanlar, böyük sayda insanlar buna inanır. Sən bunun öhdəsindən necə gəlməlisən? Cavab çox çətindir. Çünki kimsə etirazı, təkzibi oxuyacaq, ya oxumayacaq, yaxud da çox gec olacaq. Bu feyki dərhal tapmaq çox çətin olur”.

Süni intellekt tərəfindən insanlara yanlış informasiyalar verərək çox böyük problemlər yarana bilər. Məsələn, dövlət başçılarının qərarı olmadan müharibələr elan oluna bilər. Süni intellektin yaradıcı fəaliyyəti həm də cəmiyyətin müxtəlif təbəqələrinin həyatında mənfi rol oynayır. Çünki insanların görüntüsündən, səslərindən istifadə edərək yanlış məlumatlar yayıla bilər ki, bu məlumatları təkzib etmək müəyyən vaxt aparır. Heç bir proqram olmadan süni və gerçək olanı ayırd etmək adi insanlara çətinlik yaradır. Bu məsələləri mütəmadi olaraq işıqlandırmaq və media savadlılığı çərçivəsində insanları maarifləndirmək lazımdır. Süni intellekt materialını yoxlayıb, doğruluğunu təsdiqləyəcək bir proqram yaradılmadığı müddətcə cəmiyyət təhlükə ilə üz-üzə qalacaq. Azərbaycan Respublikasının Mülki Məcəlləsində sadəcə mülki və hüquqi şəxslər cinayətə cəlb edilir. Məcəllənin 43-cü maddəsində deyilir ki, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçən şəxs və ya şəxslər qrupudur. Fiziki şəxs isə Mülki Məcəllənin 24-cü maddəsinə əsasən hüquqi proseslərdə öz adından çıxış edən fərddir. Fərqli ölkələrdə süni intellektin hüquqi məsuliyyətə cəlb olunması, onun adının elektron şəxs olaraq qeyd edilməsi müzakirə olunur. Başqa bir tərəfdən isə “Beynəlxalq Müqavilələrdə Elektron Komunikasiya Vasitələrinin Tətbiqi haqqında” BMT konvensiyasının 12-ci maddəsinə görə kompüteri proqramlaşdıran şəxs, həmin kompüter və ya sistem tərəfindən göndərilən mesaja görə məsuliyyət daşıyır.

respublika-news.az

Faydalı linklər