Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Beyinin hər bir xatirə üçün 3 kopya yaratdığı müəyyən edilib!


Basel Universitetinin tədqiqatçıları, siçanların beyinlərini görüntüləyərək yaddaşın formalaşmasına nəzarət ediblər. Tədqiqatçılar müəyyən ediblər ki, beyin 1 yaddaşı saxlamaq üçün 3 müxtəlif neyron dəstindən istifadə edir.

Tədqiqatçılar, gəmirici beyinlərinin yaddaşı qeyd etmək üçün3 müxtəlif neyron dəstini aktivləşdirdiyini müəyyən ediblər. Birincisi, vaxtından əvvəl doğulmuş neyronlar kimi tanınır və döl böyüdükdə inkişaf edən ən erkən neyronlardır. Spektrin digər ucunda isə embrional inkişafda gec görünən gec doğulmuş neyronlar var. Bunların arasında uşaqlıqdakı böyümənin ortasında meydana gələn neyronlar yer alır. Tədqiqatlar, yeni xatirələrin erkən doğulmuş neyronlarda saxlanıldığı halda onları xatırlamağın əvvəlcə çətin olduğunu, lakin zaman keçdikcə daha da gücləndiyini ortaya qoyub.

Digər tərəfdən, gec doğulmuş neyronlarda saxlanılan yaddaş nüsxəsinin başlanğıcda çox güclü olduğu, lakin zamanla beyin üçün əlçatmaz hala gələnə qədər zəiflədiyi aşkar edilib. Orta mərhələdə isə yaddaş nüsxəsi, digər neyron qruplarından daha yüksək sabitlik göstərib. Bir siçanın hipokampusunun bu en kəsiyi, bir yaddaşın uzunmüddətli surətini yaratmaq üçün məsul olan erkən doğulmuş neyronları magentarəngində göstərir. Biozentrum tədqiqat qrupunun rəhbəri Flavio Donato, beyində yaddaşın formalaşması ilə bağlı bunları deyir: “Beynin yaddaşla qarşılaşdığı problem təsir edicidir. Bir tərəfdən, yaşadığımız dünyanı anlamağımıza kömək etmək üçün keçmişdə baş verənləri xatırlamalıyıq. Digər tərəfdən, ətrafımızda baş verən dəyişikliklərə uyğunlaşmalıyıq və buna görə də gələcəyimiz üçün uyğun seçimlər etməyimizə kömək etmək üçün xatirələrimiz də dəyişməlidir.

Tədqiqatçılar, onların işlərinin travmatik hadisə nəticəsində zərər çəkmiş insanların müalicəsi üçün təsir göstərə biləcəyini düşünürlər. Çünki onların araşdırmalarının beyindəki xatirələrin necə dəyişdirilə biləcəyini göstərdiyini deyirlər. Məsələn, yaddaş yenidirsə, yəni gec doğulmuş neyronlar aktivləşdirilibsə, bu yaddaş, orta və erkən doğulmuş neyronlara köçürülməzdən əvvəl hələ də dəyişdirilə bilər. Ancaq gec doğulmuş neyronlar aktivləşdirildikdə və yaddaş orada saxlanıldıqda, dəyişdirilməsi getdikcə çətinləşir. Bir sözlə desək, yaddaş beyində nə qədər uzun müddət saxlanılırsa, onu dəyişdirmək bir o qədər çətinləşir. Tədqiqatın birinci müəllifi Vilde Kveim, deyir: “Xatirələrin beyində necə dinamik şəkildə saxlanması beynin nəhəng yaddaş tutumunun əsasını təşkil edən plastisiyasının sübutudur”. Kveim və komandası tərəfindən aparılan iş vasitəsilə bu plastikliyi anlamaq bir gün elm adamlarına insanların əbədi olaraq itirdiklərini düşündükləri xatirələrə necə daxil ola biləcəyini və ya gündəlik həyata patoloji təsir göstərən ağrılı xatirələri necə susdura biləcəklərini anlamağa kömək edə bilər.

https://technote.az

Faydalı linklər