10/09/2024
Alimlər beyin anevrizmasının müalicəsində nanorobotlardan uğurla istifadə ediblər. Nanorobotlar, beyindəki zəif damarların şişməsinin və beyin qanaması riskinin qarşısını almaq üçün yeni bir ümid vəd edir.
Beyin anevrizması, ölüm və ya ifliclə nəticələnə bilən ölümcül xəstəliklər arasındadır. Əlbəttə ki, bir xəstəlik bir virusla deyil, damarlarda yaranan deformasiya nəticəsində baş verir. Zəifləmiş beyin damarlarının şar kimi şişməsi təhlükəni artıran amillərdəndir.
Burada alimlər, uzun illərdir davam edən nanorobot tədqiqatlarında may ayında mühüm irəliləyiş əldə ediblər. Buna uyğun olaraq, dovşanlar üzərində aparılan təcrübələrdə beyin anevrizmaları nanorobotlar tərəfindən uğurla müalicə olunub. Anevrizma və ya damarların şişməsi təkcə beyində deyil, bədənin bütün damarlarında da baş verə bilər. Ancaq beyindəki anevrizma beyin qanaması, iflic və ölümlə nəticələnəcək qədər ciddidir. Mövcud tibbi texnologiyalarla damarların şişməsinin qarşısını almaq üçün stent və rulonlardan istifadə edilir.
Bu texnologiyalar, qanaxmanı dayandırsa da, yenidən başlayan beyin qanaması zamanı öz funksiyalarını itirirlər. Beyin damarlarına yeridilmiş nanorobotlar, dovşanlarla aparılan təcrübələrdə dərman müalicəsi üçün istifadə edilib. Buna uyğun olaraq ən kiçik damarlara belə çata bilən nanorobotlar, dərmanın əlçatmaz damarlara yeridilməsinə şərait yaradır. Təəssüf ki, beyin anevrizması üçün istifadə edilən qan durulaşdırıcı dərmanlar, həmişə məqsədlərinə çatmaya bilər. Bu mənada nanorobotlar, lazım gəldikdə qan durulaşdırıcıları damarlara çatdıra biləcək. İnsan sınaqlarına hələ başlanmasa da, beyin qanaması üçün nanorobot texnologiyası tezliklə həyatımıza daxil olacaq.
technote.az