Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


19.09.2024-cü il saat 11:00-da “Optimal idarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun dissertantı Günay Qəfil qızı İsmayılova “Bəzi tərs sərhəd məsələlərin həllinə optimallaşdırma üsullarının tətbiqi” mövzusunda məruzə edəcəkdir.

Məruzədə ikitərtibli hiperbolik və elliptik tənliklər üçün bəzi tərs sərhəd məsələlərinin optimal idarəetmə məsələlərinə gətirilməsi və onların optimal idarəetmə nəzəriyyəsinin üsullarının köməyilə tədqiq olunması şərh olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər