Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirildi


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 20 sentyabr 2024-cü il tarixli iclasında saat 14:00-da Aygün İsvahan qızı Ağamalıyevanın “Populyasiyanın dinamikasının optimal idarə olunması məsələsində optimallıq şərtləri” mövzusunda 1214.01-Dinamik sistemlər və optimal idarəetmə ixtisasında riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirildi.

Rəsmi opponentlər: f-r.e.d., prof. Misrəddin Sadıqov, f-r.e.d., prof. Fikrət Feyziyev, f-r.e.n. dos. Rəşad Məstəliyev öz müsbət rəylərini səsləndirdilər.

Dissertasiya Şurasının sədri AMEA-nın müxbir üzvü professor Misir Mərdanov və dissertasiya Şurası üzvlərindən professorlar Hidayət Hüseynov, Nizaməddin İsgəndərov, Hamlet Quliyev və r.e.d., dos Şakir Yusubov, r.e.d., dos Rövşən Bəndəliyev çıxış edərək iş haqqında öz müsbət fikirlərini bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər