Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda 27 Sentyabr – Anım Günü qeyd olunub


Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.. Öncə tədbir iştirakçıları Qarabağ savaşında canlarını fəda edən bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü,professor Misir Mərdanov tədbiri açaraq, 44 günlük savaşın sonunda əldə edilən şanlı qələbənin əhəmiyyətindən danışıb. Alim vurğulayıb ki, Azərbaycan dövləti bu qələbəni ilk öncə şəhidlərin qanı, canı hesabına əldə edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin miqyaslı fəaliyyəti nəticəsində əldə edilən siyasi, diplomatik uğurların bu qələbəyə zəmin yaratdığını söyləyən Misir Mərdanov xalqımızın əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdiyini, Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyduğunu, ölkəmizin ərazi bütövlüyünün, tarixi ədalətin, beynəlxalq hüququn bərpa edildiyini, bu zəfərin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirib.

Tədbirə Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat Baş İdarəsinin təqaüddə olan əməkdaşı, “Elmi araşdırmalar” İctimai Birliyinin sədri, hərbi-siyasi ekspert Telman Qasımov . çıxış etdi. Bildirib ki, Anım Günündən başlayan bu qələbə Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı olub, ölkəmizin siyasi nüfuzunu, iqtisadi və hərbi gücünü artırmaq üçün geniş imkanlar açıb. Telman Qasımov vurğulayıb ki qələbəmizdə ən böyük pay sahibi məhz şəhidlərimizin şücaəti ilə bağlıdır. Minlərlə Azərbaycan əsgəri Vətən uğrunda canından keçdi və yüksək şəhidlik məqamına ucaldı. Qədirbilən xalqımız şəhidlərin xatirəsini hər zaman uca tutur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 27 sentyabrın Anım Günü olaraq qeyd edilməsi ilə bağlı 2 dekabr 2020-ci ildə imzaladığı Sərəncamı şəhidlərimizin ruhuna, xatirəsinə olan ehtiramın bir nümunəsidir.

Daha sonra tədbir iştirakçıları mövzu ilə bağlı qonağa çoxsaylı suallar ünvanlayıblar. Hərbi-siyasi ekspert Telman Qasımov ona verilən sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər