Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb


Amerikalı alimlər Viktor Ambros və Qeri Ruvkunun 2024-cü il üzrə fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görülüblər.

Onlar bu mükafata mikro RNT-nin kəşfi və onun posttranskripsiya gen tənzimləməsində rolunun tədqiqinə görə layiq görülüblər.

Qeyd edək ki, Viktor Ambors 1953-cü ildə Nyu-Hempşir ştatının Hannover şəhərində anadan olub. MikroRNT-i (miRNT) kəşf edən amerikalı bioloq Massaçusets Universitetinin Tibb Məktəbinin professorudur. Gary Ruvkun isə 1952-ci ildə Kaliforniya ştatının Berkeley şəhərində doğulub. Genetika üzrə professordur. Harvard Tibb Məktəbində çalışır.

azertag.az

Faydalı linklər