Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Cənubi koreyalı yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb


2024-cü il üzrə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülən yazıçının adı açıqlanıb.

Nobel Komitəsi oktyabrın 10-da Cənubi Koreyadan olan Han Kanqın ədəbiyyat sahəsində Nobel mükafatına layiq görüldüyünü elan edib.

Onun ən məşhur əsərləri 2016-cı ildə Beynəlxalq Buker Mükafatını qazandığı “Vegetarian”, həmçinin “İnsan aktları” və “Ağ kitabdır”.

2018-ci ildə onun “Əlvida” novellası Kim Yuçjun mükafatını, 2023-cü ildə isə onun son romanı “Mən əlvida demirəm” Fransada “Mediçi” mükafatına layiq görülüb.

Mükafat “tarixi travmalara qarşı duran və insan həyatının kövrəkliyini açıb göstərən poetik nəsrə görə” ifadəsi ilə təqdim edilib. Onun yaradıcılığı mühüm sosial mövzuları əhatə edir.

azertag.az

Faydalı linklər