Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyatçı alim Portuqaliyanın “Portuguese Group on Special Functions, Orthogonal Polynomials and Applications” online seminarında çıxış etdi


22.10.2024-cü il tarixində AR ETN Riyaziyyat və Mexanika İnstitutunun “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının müdiri, r.ü.f.d., dos. Səbinə Rahib qızı Sadıqova Portuqaliyanın “Portuguese Group on Special Functions, Orthogonal Polynomials and Applications” online seminarında “The concept of t-basis and vector-valued Hardy classes” mövzusunda məruzə ilə çıxış etdi.

Məruzədə müəyyən  bixətti inikasın doğurduğu -bazis anlayışları haqqında məlumat verilmiş,  UMD xassəsinə malik Banax fəzası olduqda vektor-qiymətli  Boxner fəzasına baxılmış və klassik eksponent sisteminin  fəzasında -bazis təşkil etdiyi isbat olunmuşdur. Bu faktdan istifadə edərək klassik haldan fərqli olaraq vektor-qiymətli Hardi sinifləri müəyyən edilmiş, bu siniflərin ekvivalent tərifi verilmiş və onların bəzi xassələri öyrənilmişdir. Bundan əlavə, eksponent sisteminin -Riss xassəsi anlayışı daxil edilmiş və bu sistemin  fəzasında -Riss xassəsinə malik olduğu isbat edilmişdir.  UMD fəza olduğu halda -qiymətli Koşi tipli inteqrallar üçün Plemelj-Soxotski düsturları və “1/4-Kadets” teoreminin abstrakt analoqu alınmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər