Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin oktyabr ayında ilk sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev Kazanda XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirak edib” başlıqlı icmal təqdim edilib.

Bugünkü sayda ilk səhifələrdə “AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi hazırlanacaq” başlıqlı Rəyasət Heyətinin iclasına dair yazı, “Yaşıl dünya naminə həmrəylik ili” və “COP29”a həsr olunmuş tədbir, eləcə də Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illiyinə həsr olunmuş elmi konfranla bağlı informasiyalar yer alıb.

Qəzetdə “Cənubi Qafqaz tədqiqatları: mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda respublika elmi konfransı və digər tədbirlərə dair yazılar dərc edilib.

Bundan əlavə, qəzetin bugünkü buraxılışında “Azərbaycan Milli Elmlər Akademiyası – 80” rubrikası altında “Azərbaycan-Çin elmi əməkdaşlığı” və “2024-cü ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri”, “Göbəklitəpə oğuzların ən qədim daş yaddaşı kimi” adlı məqalələr, yubiley yazıları və yeni elmi nəşrlərə dair xəbərlər təqdim olunub.

Qəzetin rus və ingilis dili bölməsində AMEA prezidenti akademik İsa Həbibbəylinin iştirak etdiyi tədbirlərlə bağlı icmal, xəbər, o cümlədən müsahibə və son elmi yeniliklərə dair informasiyalar yer alır.

science.gov.az

Faydalı linklər