Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


30 oktyabr 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda Məmmədov Eminağa “Simmetrik Banax-Sobolev fəzalarında yüksək tərtibli elliptic operatorlar üçün Şauder tipli qiymətlənmələr” mövzusunda məruzə edəcək.
Məruzə n ölçülü fəzalarının Rn məhdud Ω oblastında təyin edilmiş simmetrik (rearrangement-invariant) fəzaların törətdiyi WmX(Ω) Banax-Sobolev fəzalarının müəyyən altfəzalarında əmsalları məhdud və oblastın qapanmasında baş əmsalları kəsilməz olan elliptic operatorlar üçün daxili və sərhəddə kimi Şauder tipli qiymətlənmələrə və onların konkret fəzalarla bağlı realizasiyalarına həsr edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər