Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə “Clarivate” şirkətinin nümayəndələri arasında görüş keçirilib


Oktyabrın 23-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə bibliometrik və elmmetrik tədqiqatlar üzrə dünyanın ən nüfuzlu şirkətlərindən biri hesab edilən “Clarivate” şirkətindən Valentin Bogorovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş zamanı “Web of Science” elmmetrik bazasında yerli elmi jurnalların indekslənməsi və onların beynəlxalq nüfuzunun yüksəldilməsi, eləcə də yeni elmi jurnalların yaradılmasının qısa və uzunmüddətli perspektivdə vacibliyi vurğulanıb.

Qeyd edək ki, görüşdə alimlərin maddi rifahının yüksəldilməsi və beynəlxalq impakt faktorlu jurnallarda dərc edilən məqalə sayının artırılması məqsədilə “Web of Science” elmmetrik bazası əsasında hazırlanmış metodologiya müzakirə olunub və növbəti addımlar müəyyən edilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi

Faydalı linklər