31/10/2024
31 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu“Optimal İdarəetmə”şöbəsinin növbəti seminarı keçirildi. Seminarda “Optimal İdarəetmə” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n.,dosent Eldar Məmmədov “İki parametrli spektral məsələnin spektri” mövzusunda məruzə etdi.
Məruzədə baxılan məsələnin müəyyən sağ və ya soltəyinolma şərtlərindən biri daxilində strukturu araşdırılır və bu araşdırmalardan istifadə edərək baxılan spektral məsələ üçün düzxətli variasiya prinsipi müəyyən edilməsi şərh olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.