Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Tarixdə bir ilk: göz implantı həyata keçirildi


Neuralink şirkətinin həmtəsisçisi Max Hodak tərəfindən təsis edilmiş “Science Corporation” şirkəti tarixdə bir ilkə imza ataraq görmə qabiliyyətini itirmiş insanlar üçün hazırladığı göz implantını təqdim edib. İmplant makuladistrofiyadan (yaşlı insanlarda görmənin zəifləməsinin əsas səbəblərindən biri) əziyyət çəkən pasientlər üçün nəzərdə tutulub.

Çox kiçik ölçüdə olan Prima adlı naqilsiz cihaz cib kompüteri və eynək ilə birlikdə çalışır. 38 nəfər pasientin iştirak etdiyi ilk klinik testlərin nəticələrinə əsasən göz implantı vasitəsilə mərkəzi baxış sahəsini itirmiş insanların görmə qabiliyyəti bərpa olunub. İmplanta sahib pasientlər rahatlıqla yazıları oxuya və insanların simalarını tanıya biliblər. Mütəxəssislərin sözlərinə görə, bu, makuladistrofiyadan əziyyət çəkən pasientlərdə görmə qabiliyyətinin bərpası üzrə ilk haldır. Max Hodak bildirib ki, bu nailiyyət tibb sahəsində dönüş nöqtələrindən biridir və şirkət yaxın illərdə sözügedən implantını bazara çıxarmağı planlaşdırır.

respublika-news.az

Faydalı linklər