Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


07.11.2024-cü il saat 11:00-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Hamlet Quliyev “Dalğa tənliyi üçün qarışıq şərtli sərhəd məsələsinin optimal idarəetmə məsələsinə gətirilməsi və onun tədqiqi” mövzusunda məruzə edəcəkdir.

Məruzədə baxılan məsələnin optimal idarəetmə məsələsinə gətirilməsi, funksionalın infinimumunun sıfıra bərabər olması və funksionalın  diferensiallanan olması göstərilərək optimallıq üçün zəruri və kafi şərtin alınması şərh olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.