Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi


06 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi. Seminarda professor Aqil Xanməmmədov “Modifikasiya olunmuş həyəcanlanmış Bessel tənliyi üçün çevirmə operatorları” mövzusunda məruzə etdi.

Məruzədə bütün həqiqi oxda modifikasiya olunmuş həyəcanlanmış Bessel tənliyinə baxıldı. Çevirmə operatorunun köməyi ilə Yost tipli həllərin inteqral göstərilişləri tapılmışdır. Çevirmə operatorunun nüvəsinin qiymətləndirmələri alınmışdır. İnteqral göstərilişin nüvəsi ilə həyəcanlanmanın potensialı arasında əlaqə təyin olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.