18/11/2024
Finlandiyanın paytaxtı Helsinki 2024-cü ilin reytinqində ekoloji cəhətdən dünyanın ən təmiz şəhəri adına layiq görülüb. 100 baldan 92,43 bal toplayaraq bir neçə ildir reytinqin zirvəsində olan İsveçin Höteborq şəhərini geridə qoyub.
Höteborq 90,83 bal toplayaraq bu il reytinqdə ikinci yeri tutub. Danimarkanın paytaxtı Kopenhagen isə 88,19 bal ilə qiymətləndirilərək ilk üçlükdə qərarlaşıb. Ümumilikdə, reytinq cədvəlinə ətraf mühit və cəmiyyətin rifahı üçün dünyanın ekoloji cəhətdən əlverişli olan 40 turizm şəhəri daxil edilib. Qeyd edək ki, Norveçin Bergen, Danimarkanın Orhus, Fransanın Bordo, Norveçin Oslo, Şimali İrlandiyanın Belfast, Avstraliyanın Sidney şəhərləri isə ilk 10-luqda yer alıb.
respublika-news.az