Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının ilk iclası keçirilib


Dekabrın 25-də Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) ilk iclası keçirilib.

İclasın açılışında çıxış edən Şura sədri, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Şuranın fəaliyyətinin normativ-hüquqi bazası, onun əsas vəzifələri, hüquqları, fəaliyyət istiqamətləri və digər məsələlər barədə məlumat verib.

İclasda Şura üzvləri tərəfindən gündəlikdə duran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Keçirilən açıq səsvermə yolu ilə professor Əliyev Ələkbər Şuranın katibi seçilib.

eatda.edu.az