Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin dosenti Mehriban Nazim qızı Ömərovanın müəllifi olduğu məqalə çap olunub. Məqalə “Journal of Mathematical Inequalities” http://(https://jmi.ele-math.com/volume/18) (WoS, IF-1.1) Q1 yüksək impakt faktorlu jurnalda dərc edilib.

“VMO əmsallı parabolik tənliklərin həllərinin parabolik çəkili Orlicz-Morrey fəzalarında qlobal requlyarlığı” adlı məqalədə parabolik sinqulyar və sinqulyar olmayan inteqral operatorlar və kommutatorlarının doğurduğu subxətti inteqral operatorların parabolik ümumiləşmiş çəkili Orlicz-Morri fəzalarında kəsilməzliyi araşdırılmışdır. Alınan qiymətləndirmələrdən kəsilən əmsallı xətti parabolik müntəzəm operator üçün Dirixle məsələsinin həllinin qlobal requlyarlığını öyrənmək üçün istifadə edilmişdir.

Məqaləni oxumaq üçün linkə keçid edin:

https://files.ele-math.com/articles/jmi-18-47.pdf

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.