05/02/2025
06.02.2025-ci il tarixində saat 11:00-da Azərbaycan Respubliksa Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika institutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Hamlet Quliyev “Dayanıqsız həllə malik ikitərtibli parabolik tənliyin əmsalları ilə optimal idarəetmə məsələsi” mövzusunda məruzə edəcək.
Məruzədə baxılan məsələ üçün optimal cütün varlığı, adaptə olunmuş cərimə üsulunun yığılması isbat edilmiş və adaptə olunmuş funksionalın vasitəsi ilə optimallıq üçün variasional bərabərsizlik şəklində zəruri şərtlər çıxarılması şərh olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.