07/02/2025
Çinin cənub-qərbindəki Mianyang şəhərində dünyanın ən böyük nüvə sintezi lazeri olduğu düşünülən tədqiqat obyekti tikilir. Peyk vasitəsilə çəkilən görüntülərin təhlili göstərir ki, bu məxfi layihə ABŞ-ın hazırda ən böyük inertial qapalı termofuziya qurğusu olan Milli Alovlanma Mexanizmindən (NIF) təxminən 50 faiz böyükdür.
Mütəxəssislər bu layihənin həm təmiz enerji istehsalına, həm də nüvə silahı tədqiqatlarına potensial təsir göstərəcəyinə ümid edirlər. Peyk görüntülərinə görə, qurğunun dörd xarici qolu və mərkəzi eksperimental otağı var. Mərkəzi otaqda güclü lazerlərin və hidrogen izotoplarının enerji istehsal etmək üçün birləşdiriləcəyi hədəf kamerası möcvuddur.
Yeni texnologiya yalnız enerji sahəsi ilə məhdudlaşmır. Belə ki, bu tədqiqat həmçinin mövcud nüvə silahı dizaynlarının təkmilləşdirilməsinə və yeni nəsil nüvə silahı konsepsiyalarının sınaqdan keçirilməsinə imkan verə bilər.
respublika-news.az