Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Dayanıqsız həllə malik ikitərtibli parabolik tənliyin əmsalları ilə optimal idarəetmə məsələsi” mövzusunda seminar keçirilib


13.02.2025-ci tarixində Elm və təhsil Nairliyi Riyaiyyat və Mexanika İnstitutunun “Optimal idarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Hamlet Quliyev “Dayanıqsız həllə malik ikitərtibli parabolik tənliyin əmsalları ilə optimal idarəetmə məsələsi” mövzusunda məruzə edib.

Məruzədə baxılan məsələ üçün optimal cütün varlığı, adaptə olunmuş cərimə üsulunun yığılması isbat edilmiş və adaptə olunmuş funksionalın vasitəsi ilə optimallıq üçün variasional bərabərsizlik şəklində zəruri şərtlər çıxarılması şərh olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.