Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


Hörmətli həmkarlar !

5 mart 2025-ci il tarixində saat 11:30–da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri,dosent İradə Mirzəzadənin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçiriləcək. Tədbirdə Azərbaycan kino, teatr və dublyaj aktyoru, Azərbaycan Respublikası əməkdar artisti,Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru Firdovsi Nurəddin oğlu Atakişiyev iştirak edəcək. Tədbir İnstitutun Akt zalında keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.