20/03/2025
Novruz yeni bir başlanğıcdır bəzən doğma ocaqda, bəzən isə uzaq üfüqlərdə. Elimizə, obamıza yaz gəlir. Hər tərəfdə baharın xoş ətri, xoş nəfəsi duyulur. Minilliklərin yaddaşından süzülüb gələn, qədim el adətlərimizi özündə birləşdirən, yeni həyat, yeni arzular ünvanı olan Novruzu hər dəfə uğurla qarşılamaq hamının arzusudur. Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradır. Bu bayram təbiətin oyanışı, həyatın yenilənməsi, dirçəlişin rəmzidir. Qoy bu təravətli Novruz bayramı süfrənizi ruzu, qəlbinizi isə xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gərçək olsun!
Novruz Bayramınız mübarək olsun!
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu
İctimaiyyətlə əlaqələr şöbəsi
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.