07/04/2025
09.04.2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda “Funksional analiz” şöbəsinin baş elmi işçisi r.e.d., prof. Elşad Hətəm oğlu Eyvazov ”Üçölçülü Şrödinger operatorunun mənfi məxsusi ədədlərinin cəmi haqqında” mövzusunda məruzə edəcəkdir.
Məruzədə M. Demuth və G. Katriel d ≥ 4 olan halda, Rd fəzasında elektrik potensialı üzərinə müəyyən şərtlər qoyaraq d ölçülü Şrödinger operatorunun mənfi xüsusi ədədlərinin cəminin sonluğunu isbat etmişlər. Həmin işdə belə bir sual qoyulmuşdu: d ≥ 4 məhdudiyyəti üsulun çatışmamazlığıdırmı, yoxsa faktiki vəziyyəti əks etdirir? Bu məruzədə biz bu müəlliflərin metodunun, mənfi hissəsi inteqrallanan funksiyası olan, Kato potensiallı üçölçülü Şrödinger operatoru üçün də keçərli, lakin ikiölçülü Şrödinger operatoru üçün keçərsiz olduğunu göstərəcəyik.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.