Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Təbii hidrogen mənbəyi tapılıb


İndiyə kimi təbiətdə sərbəst şəkildə hidrogenin böyük miqdarda olmadığı düşünülürdü. Lakin fransalı alimlər yerin altında hidrogenin təbii yollarla əmələ gəldiyini aşkar etməklə nəinki bu qavrayışı dəyişdirdi, həm də enerji dünyasında köklü transformasiyanın qapısını açdı.

2023-cü ilin may ayında alimlər Fransanın Lotaringiya bölgəsindəki tərk edilmiş mədənlərdə təbii hidrogen yataqları aşkar ediblər. Daha sonra 2025-ci ilin martında Moselle bölgəsində 1250 metr dərinlikdə edilən kəşflə bu ehtiyatların ölçüsü daha da aydınlaşdırılıb. Hesablamalara görə, bu bölgələrdə 46 milyon ton ağ hidrogen (təbii hidrogen) var və onun iqtisadi dəyəri təqribən 92 milyard dollardır. Bu resurs bütün dünyada istehsal olunan boz hidrogenin (qalıq mənbələrdən əldə edilən hidrogen) yarısından çoxuna bərabərdir. Keçən il aparılan başqa bir araşdırmada isə yeraltı hidrogen anbarlarında təxminən 6,2 trilyon ton hidrogenin olduğu təxmin edilib. Hətta ilkin mənbənin dağlarda ola biləcəyi bildirilib.

Məlum olduğu kimi, bu gün hidrogenin istehsalı zəhmətli bir prosesdir və əksər texnikalar əhəmiyyətli miqdarda çirklənmə yaradır. Yeni kəşf olunmuş ağ hidrogen təbii şəkildə əmələ gəldiyi üçün ekoloji cəhətdən alternativ təklif edir.

respublika-news.az