09/04/2025
10.04.2025-ci il saat 10:30-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi r.e.d, professor Yaqub Şərifov “Bəzi qeyri-lokal şərtli sərhəd məsələlərinin tədqiqi” mövzusunda məruzə edəcəkdir.
Məruzədə adi törəməli və xüsusi törəməli diferensial tənliklər üçün qeyri-lokal sərhəd məsələləri tədqiq olunacaq. Müəyyən şərtlər daxilində məsələnin həllinin varlığı və yeganəliyi üçün kafi şərtlər alınacaqdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.