09/04/2025
09 aprel 2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. Elmi şuranın iclasında bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib. İclasda institutun rəhbərliyi şura üzvləri, şöbə müdirləri iştirak ediblər.
İclası Elmi şuranın sədri, RMİ-nun baş direktoru,AMEA-nın müxbir üzvü,professor Misir Mərdanov gündəlikdə müzakirə olunacaq məsələləri iştirakçıların diqqətinə çatdırıb. Professor Misir Mərdanov institutda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə təhsil alan doktorant və dissertantlar barəsində geniş məlumat verib.
Sonra “Dalğa dinamikası” şöbəsinin müdiri f.-r.e.d., dosent Nazilə Rəsulova 14 fevral 2025-ci il tarixində “Elm” qəzetində dərc olunmuş elana əsasən seçkilərin keçirilməsi barədə məlumat təqdim edib. İclasda müsabiqədə iştirak edən əməkdaşların çıxışları dinlənildi, onların iddia etdikləri vəzifələrə təsdiq olunmaları haqqında qərar qəbul edildi.
Elmi Şuranın iclası digər cari məsələlərin müzakirəsi ilə başa çatıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.