10/04/2025
10.04.2025-ci il tarixində Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun“Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi r.e.d, professor Yaqub Şərifov “Bəzi qeyri-lokal şərtli sərhəd məsələlərinin tədqiqi” mövzusunda məruzə edib.
Məruzədə adi törəməli və xüsusi törəməli diferensial tənliklər üçün qeyri-lokal sərhəd məsələləri tədqiq olunub. Müəyyən şərtlər daxilində məsələnin həllinin varlığı və yeganəliyi üçün kafi şərtlər alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.