Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Sadıqova Qumru xanımı 60 illik yubileyi münasibətilə təbrik edirik!


Sadıqova Qumru Arif qızı 12 aprel 1965-ci il Bakı şəhərində anadan olub. 1982-ci ildə Nərimanov rayonu 220-N-li orta məktəbi bitirib.1995-1997-ci ildə AzərBalıq Nazirliyi kadr üzrə mütəxəssis,2003-cü ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda baş mühasib vəzifəsində çalışır.

Qumru xanım yüksək insani keyfiyyətləriylə, dərin daxili mədəniyyətiylə ünsiyyətdə olan hər bir insanın özünə qarşı olan böyük hörmətini və ehtiramını qazanıb. Q. Sadıqovaya xas olan insanpərvərlik, əməksevərlik, həssaslıq və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlər çalışdığı kollektivdə ona böyük hörmət və rəğbət qazandırmışdır.

Əziz və dəyərli Qumru xanım!

 İnstitutun kollektivi Sizi 60 yaşı tamam olması münasıbətılə təbrik edir. Bu xüsusi gündə sizə sağlamlıq, xoşbəxtlik, uğur və sevgi dolu bir həyat arzulayır. Yeni yaşınız sizə yeni başlanğıclar, sevincli anlar və unudulmaz xatirələr gətirsin! 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.