Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun “Maye və qaz mexanika” şöbəsinin baş elmi işçisi, Abbasov Eldar Mehdi oğlunun 65 yaşı tamam olur


Abbasov Eldar Mehdi oğlu14 aprel 1960-cı ildə Bakı şəhərində anadan olub.1977-ci ildə M.Əizbəyov adına Azərbaycan Neft və Kimya institutuna qəbul olub. 1984-1987-ci ildə Azərbaycan Neft Sənayesi Elmi -Tədqiqat və Lahiyə İnstitutu aspirant,1987-1988-ci ildə kiçik elmi işçi, 1988-ci ildə bu günə kimi Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi,böyük elmi işçi,aparıcı eımi işçi,baş elmi işçi vəzifələrində çalışıb.2002-ci ildən institutun “Maye qaz və plastiklik nəzəriyyəsi” şöbəsinin, “Maye və qaz hərəkətində fiziki mexanika proseslər” laboratoriyasında, 2011-ci ildən “Maye və qaz mexanika” şöbəsində çalışır.

Onun elmi işləri Rusiya Federasiyasında, ABŞ, Çin Xalq Respublikasında və Azərbaycanın neft və qaz sənaye sahələrində müvəffəqiyyətlə tətbiq olunmuş və hal -hazırda da tədbiq olunmaqdadır. Abbasov.E 6 elmi qrant layihəsi və bir çox təsərrüfat hesablı da aparıcı tədqiqatçı qismində iştirak etmiş.

Bakı, Moskva. Krakov Pekin Ufa və s. şəhərlərdə keçirilən elmi konfrans və seminarlarda, həmçinin mütəmadi olaraq institutun seminarlarında çıxışlar etmişdir.

O, 106 (onlardan 34 Azərbaycan və xarici ixtira patentini almışdır) elmi məqalənin müəllifidir ki, bunlardan çoxunun Riyaziyyat və Mexanika institutunda çap etdirmişdir. 2008-ci ildən indiyənə kimi Bakı Dövlət Universitetinin İxtisaslaşdırılmış Şura nəzdində yaradılmış elmi seminarın üzvüdür

İnstitutun kollektivi Eldar müəllimi 65 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi-pedaqoji, ictimai fəaliyyətində müvəffəqiyyətlər arzulayır. Qoy yeni yaşınız Sizə təkcə illər deyil, həm də daha çox hikmət və uğur gətirsin.

 

Ad gününüz mübarək !

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.