Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi


16 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi. Seminarda “Riyazi Fizika Tənlikləri şöbəsinin aparıcı elmi işçisi, r.e.d., Bağırov Şirmayıl Həsən oğlu “Sonsuz oblastda yarımxətti parabolik tənliklər sisteminin qlobal həllinin yoxluğu”adlı məruzə ilə çıxış etdi.

Məruzədə oturacağı kompaktın xarici olan sonsuz silindrdə sinqulyar potensiallı yarımxətti parabolik tənliklər sisteminə baxıldı. Fəzanın ölçüsündən, qeyr-xəttiliyin dərəcəsindən və sinqulyarlıq əmsalından asılı olaraq qlobal həllərin yoxluğunu təmin edən kafi şərtlər tapılacaq.Bəzi hallarda alınan şərtlərin dəqiqliyi yoxlanıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.