Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Alimlər tək qara dəliyin mövcudluğunu təsdiqlədi


Kosmos Teleskopu Elmi İnstitutunun astronomları, St Andrews Universiteti və Avropa Cənub Rəsədxanasından olan alimlərlə birlikdə tək qara dəliyin varlığını təsdiqləyiblər.

2011–2022-ci illərdə Hubble və Gaia teleskoplarının məlumatları əsasında aparılan müşahidələr nəticəsində alimlər daha əvvəl kəşf etdikləri “qaranlıq obyektin” əslində təxminən Günəşdən yeddi dəfə kütləyə sahib olan tək qara dəlik olduğunu sübut ediblər. Bu obyekt müşahidə zamanı arxasında yerləşən bir ulduzun işığını böyüdüb və göydəki mövqeyini qısa müddətə dəyişib.

Bu, müşahidə olunan ilk qara dəlikdir ki, onun ətrafında heç bir müşayiətçi ulduz yoxdur. Alimlər 2027-ci ildə buraxılacaq Nancy Grace Roman teleskopu ilə daha çox tək qara dəliyin aşkarlanacağına ümid edirlər.

respublika-news.az