Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Bir ucu sərbəst olan variasiya məsələlərində ekstremum üçün ikinci tərtib zəruri və kafi şərtlər” mövzusunda seminar keçirilib


24.05.2025-ci il tarixdə Azərbaycan Respubliksı Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin doktorantı Nərminə Qubatova “Bir ucu sərbəst olan variasiya məsələlərində ekstremum üçün ikinci tərtib zəruri və kafi şərtlər” mövzusunda məruzə edib.

Məruzədə zəif lokal ekstremum üçün zəruri şərtlərin və güclü lokal ekstremum üçün kafi şərtlərin alınması və həmçinin kvadratik funksional olan hal şərh olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.