28/04/2025
Hörmətli həmkarlar!
30 aprel 2025-ci il tarixdə saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda AMEA-nın prezidenti, görkəmli riyaziyyatçı alim, əməkdar elm xadimi, akademik Fəraməz Maqsudovun anadan olmasının 95 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.
Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin Elmi şurasının 14 aprel 2025-ci il tarixli qərarına əsasən keçirilir. Tədbir İnformasiya Texnologiyaları İnstitutunun akt zalında keçiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.