Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları – Qasımzadə Oqtay Murad oğlu


Qasımzadə Oqtay Murad oğlu 29 aprel 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1975 –ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hesablama riyaziyyatı və kibernetika fakültəsini bitirmişdir. Oqtay Qasımzadə akademik O.B.Lupanovun rəhbərliyi ilə SSRİ EA M.K.Keldış adına Tətbiqi Riyaziyyat İnstitutunda 01.01.09.-“Diskret riyaziyyat və riyazi kibernetika” ixtisası üzrə «Об одной мере сложности схем из функциональных элементов» mövzusunda namizədlik dissertasiyası üzərində çalışmış və 1980-ci ildə SSRİ EA Hesablama Mərkəzinin nəzdindəki Dissertasiya Şurasında işi müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 1996-cı ildə Moskva Dövlət Universitetinin Mexanika –riyaziyyat fakültəsinin nəzdindəki Dissertasiya Şurasında “О синтезе некоторых классов управляющих систем, связанных с неявными и параметрическими представлениями булевых функций» mövzusunda (01.01.09. ixtisası üzrə) doktorluq dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır. 2005-ci ildə professor elmi adına layiq görülmüşdür.

Oqtay Qasımzadə 1999-cu ildə  Moskva Dövlət Universitetinin Mexanika –riyaziyyat fakültəsinin “Diskret riyaziyyat” kafedrasında professor, 2006-cı ildən həmin kafedranın müdiri vəzifəsində çalışır.O, «Теория сложности», «Введение в теорию сложности», «Теория графов и приложения» kursları üzrə mühazirələr oxuyur.

O.Qasımzadə diskter riyaziyyat, riyazi kibernetika,riyazi məntiq sahələri üzrə tədqiqatlar aparır,3 elmi layihənin rəhbəri olmuş,hal-hazırda 2 elmi –tədqiqat işinə rəhbrlik edir, 50-dən çox elmi məqalənin, «Одна экстремальная задача комбинаторного анализа» adlı kitabın,4 tədris kursunun müəllifidir. Onun rəhbərliyi ilə 6 ixtisasçı diplom işi, 8 namizədlik dissertasiyası müdafiə etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.